Pərvin Abbasov AQTA yanında İctimai Şuranın sədr müavini seçilib

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülməkdədir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yanvarın 15-də Şuranın üzvlərinin iştirakı ilə videobağlantı formatında növbəti iclas keçirilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Agentliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Agentlik və ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasını təmin etmək məqsədilə Agentlik yanında İctimai Şuranın fəaliyyətinin vacibliyi vurğulanıb.

İclasda səsvermə yolu ilə Azərbaycan Heyvandarlıq Assosiasiya sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktorunun müavini Pərvin Abbasov sədrin müavini, “Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri İlqar Şamilov isə katib seçilib.
Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlər haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev










