Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”

Kollektiv Təhlükəsizlik Müqaviləsindəki (KTMT) öhdəliklərini yerinə yetirən Rusiya Ermənistanı müdafiə edə bilər, lakin bu öhdəliklər Dağlıq Qarabağa aid deyil. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib: “Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər bunlardır: KTMT üzvü ölkənin hansısa təcavüzə, kənardan hücumlara məruz qaldığı zaman müqaviləyə üzv ölkələr həmin dövləti müdafiə etməyə borcludurlar”.
Rusiya Federasiyasının hansı vəziyyətdə hərbi qüvvələrini Dağlıq Qarabağdakı münaqişə zonasına göndərməyə hazır olması ilə bağlı sualını cavablandıran Peskov qeyd edib ki, bu KTMT çərçivəsindəki öhdəliklərdən irəli gəlir:
“Hazırkı vəziyyətdə söhbət Ermənistandan gedir, Vladimir Putin bu iki məsələyə açıq şəkildə aydınlıq gətirib ki, KTMT öhdəlikləri Qarabağa aid deyil”.
Onun sözlərinə görə, Ermənistan ərazisində bəzi hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqini tapmayıb.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinin Rusiyanın KTMT üzərindəki öhdəliklərini yerinə yetirməsi ilə bağlı ona suallar ünvanlamadığını deyib. O, Rusiya Federasiyasının KTMT-yə üzv olan Ermənistan qarşısında öhdəliklər götürdüyünü xatırladıb və hərbi əməliyyatların Ermənistan ərazisində aparılmadığını vurğulayıb.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











