Pinəçi və dərzilərə üz tutan vətəndaşların sayı niyə azalır? – AÇIQLAMA - FOTO

Əvvəllər kiminsə ayaqqabısı cırılanda, gödəkcəsinin rəngi gedəndə əşyasını təmir etdirmək üçün usta yanına aparardı, tikdirərdi, rənglətdirərdi. Bu gün artıq bu ənənə çox az insan tərəfindən həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, dünyada koronavirus pandemiyasının yayılması insanlarda bir sıra vərdişləri unutdurub. Beş il əvvələdək insanlar geyimləri tikdirir, məişət texnikasını ustaya aparır, ayaqqabıları təmir etdirirdilər. İndi isə bir çoxları köhnə və ya zədələnmiş əşyaları təmir etdirmək əvəzinə, yenisini almağa üstünlük verir. Bu dəyişən davranışın səbəbləri nələrdir?

Sosioloq Mail Yaqub Avtosfer.az-a açıqlamasında bildirir ki, bu dəyişimin əsas səbəblərindən biri məhsul istehsalındakı artımdır:
“Əvvəllər, xüsusilə sovet dövründə məhsulların əksəriyyəti yerli istehsal idi və xaricdən gələn mallar çox az idi. İnsanlar da bir məhsulu uzun müddət istifadə etməyə çalışır, zədələndikdə isə mütləq təmir etdirirdilər. Amma indi vəziyyət dəyişib. İstehsal artıb, bəzi məhsullar o qədər ucuzlaşıb ki, təmir etdirmək əvəzinə yenisini almaq daha sərfəli olur. Bu tendensiya getdikcə daha çox yayılır. Bu vəziyyət təkcə sosial təminatı yaxşı olan insanlar arasında deyil, maddi sıxıntı çəkən şəxslər arasında da müşahidə olunur. Çin kimi ölkələr ucuz məhsullar təqdim edərək bazarı doldurub. Bu da insanların seçimlərinə təsir edib”.

Psixoloq Aydan Məmmədova isə məsələyə fərqli aspektdən yanaşır. Onun sözlərinə görə, əvvəlki illərdə əşyaların təmir olunmasının əsas səbəbi həm maddi çətinlik, həm də əşyaların uzunömürlü olması idi:
“İnsanlar paltarlarını tikdirir, texnikalarını təmir etdirirdilər, çünki yeni məhsul almaq həm çətin, həm də bahalı idi. İndi isə internet alış-verişinin yayılması və qiymətlərin nisbətən ucuzlaşması yeni almağı həm asan, həm də psixoloji baxımdan daha cəlbedici edir”.
Psixoloqun fikrincə, bu yeni yanaşma bir sıra problemlərə yol açır:
“İnsanlar artıq hər şeyi asanlıqla dəyişə bildikləri üçün əşyaya dəyər vermək, qənaətcil yanaşmaq kimi anlayışlar unudulub. Bu isə emosional boşluq, səbrsizlik və narazılıq kimi hisslərin artmasına səbəb olur. Bununla yanaşı, təmir edilə biləcək əşyaların atılması ekoloji problemlərə də yol açır. Tullantıların artması, planlı köhnəlmə və yerli ustalara olan ehtiyacın azalması həm ekologiyaya, həm də kiçik bizneslərə mənfi təsir göstərir”.
Fidan
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










