Piyadanı vurub öldürən sürücü uzağa qaça bilmədi

Bakıda ağır yol qəzası törədən sürücü tutulub. Bakı Şəhər Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək istintaqa cəlb olunması təmin olunub. Belə ki, iyunun 15-də saat 22 radələrində Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin yaxınlığında naməlum avtomobil sürücüsünün yolu keçən piyada - 1989-cu il təvəllüdlü Quliyev Tural Etibar oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Mercedes-Benz” markalı 99 FV 876 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Əsədov Kamran İmran oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, o, iyunun 17-də tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












