Polietilen torba və plastik qablar nə ilə əvəzlənəcək? - AÇIQLAMA

Milli Məclisin payız sessiyasının 26- noyabr tarixində keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Məcəlləyə yeni 275.4 və 275.5 – ci maddələr əlavə olunub.
2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsal, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.
Bəs plastik qabları və polietilen torbaları nə əvəzləyəcək?
Bu məsələ ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev açıqlamasında ətraf mühitin qorunmaq üçün hamının bu qaydalara əməl etməli olduğunu deyib.
“Artıq uzun illərdir avropada və əksər inkişaf etmiş ölkələrdə həm plastik qablar və polietilen torbalar bio (bioloji) materiallardan hazirlanmış məhsullar əvəz edir. Əgər xatırlayırsızsa, sovet dönəmində kağız və ipdən hazırlanmış torbalardan da geniş isifadə edilirdi. Düşünürəm ki, marketlərdə və digər iaşə obyektlərində bioloji materiallardan hazırlanmış torbalar və birdəfəlik isehsal üçün nəzərdə tutulan məhsullar təklif ediləcəkdir” – deyə deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












