Polis avtobusu partladıldı: xəsarət alanlar var - FOTO-VİDEO

Türkiyənin Mardin şəhərinin Qızıltəpə qəsəbəsində polisləri işə aparan avtobusda 15 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Yaralılardan 8 nəfəri polis əməkdaşıdır. Partlayıcı qurğunun polis avtobusu körpüdən keçərkən işə salındığı bildirilir. Partlayış zamanı polis avtobusu ilə yanaşı ətrafdakı binalara da ziyan dəyib. Bəzi binalarda yanğın baş verib. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovun digər binalara keçməsinin qarşısını alıblar. 15 nəfərinin hamısı qəsəbə xəstəxanasına yerləşdirilib.
Partlayış zamanı ətrafa səpələnən şüşə qırıqlarının yaxınlıqda olan insanlara dəyməsi yaralı sayını artıra bilər. Hadisədən sonra polis qəsəbədə və onun ətrafında əməliyyatlara başlayıb. Bundan başqa Tuncəli şəhərinin Nazimiyə qəsəbəsində PKK terrorçuları polis idarəsinin binasına iri çaplı silahlarla hücum ediblər. Silahılar 2 avtomobillə Polis İdarəsinin qarşısına gələrək binaya atəş açmağa başlayıblar.
Polislə terrorçular arasında yarım saat davam edən atışmada 1 polis şəhid olub, 2 terrorçu isə məhv edilib. Qəsəbəyə giriş-çıxış qeyri-müəyyən vaxta qədər qadağan edilib.
PKK ilə davam edən 2 illik atəşkəsdən sonra başlayan silahlı hücumlar artıq 2 aydır ki, davam edir. Atəşkəs 2 polisin terrorçular tərəfindən öldürülməsindən sonra pozulub. Atışmadan sonra bölgəyə hücum helikopterləri göndərilib. Terrorçuların qaçdığı bölgə bombalanır.
anspress
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














