Polis bu ərazilərdə siqaret çəkənləri cərimələyir - SİYAHI

Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi vətəndaşlarda bu situasiya narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, siqaretə görə hər yerdə cərimələnirlər.
Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı vəkil Turan Abdullazadə oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:
- Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;
- Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;
- İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;
- Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;
- Ticarət obyektləri;
- Məişət obyektləri;
- Sosial xidmət müəssisələri;
- Yerləşdirmə vasitələri;
- Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)
- Uşaq meydançaları;
- Yerüstü və yeraltı piyada keçidləri;
- Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)
- Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;
- Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.
Bu qadağaları pozan şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün çəkməyə görə cərimələr aşağıdakı kimidir:
- Siqaret çəkməyə görə: 30 manat;
- Tütün tullantılarının ətraf mühitə atılmasına görə: 50 manat;
- Hava nəqliyyatında siqaret çəkməyə görə: 100 manat;
- Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə: 40 manat;
- Şəhərdaxili, şəhərlərarası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə: 40-50 manat;
- Dəniz və çay nəqliyyatında siqaret çəkməyə görə: 40 manat.
Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










