Polis cərimə yazıb, amma sürücü razılaşmır İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

Oğuz rayon sakini Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisində sürət həddini aşdığına görə cərimələnib. Amma sürücü ona yazılan protokolla razılaşmır və iddia edir ki, o, sürət həddini aşmayıb.
Avtosfer.az-ın məlumatına görə, Oğuz rayon sakini Müşviq Nəsibova saatda 60 km. sürət məhdudiyyəti tətbiq olunan yolda saatda 82 km. sürətlə getdiyi və sürət həddini 22 km. aşdığı üçün 50 manat cərimə tətbiq olunub. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 101-ci km-də qeydə alınıb. Sürücü Müşviq Nəsibov isə bu protokolla razılaşmır və iddia edir ki, həmin ərazidə sürət həddi saatda 90 km-dir. Sürücü bildirir ki, həmin ərazidə aypatrul tərəfindən cərimələnib. O, həmçinin həmin tarixdə protokolda göstərilən əraziyə getmədiyini də iddia edir. Protokolun tərtib olunduğu DYP avtomaşınını həmin gün idarə edən polis əməkdaşı Rauf İdrisovla əlaqə saxladıq. O deyib ki, protokol avtomaşında olan aypatrul sistemi ilə avtomatik qaydada tərtib olunub və sözügedən protokolun texniki səhv nəticəsində ortaya çıxdığı istisna olunmur. Rauf İdrisov bildirib ki, sürücü cərimə ilə razılaşmırsa, Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi şəkildə müraciət edə bilər.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












