Polis əməliyyat keçirib, 40 yaşlı qadın narkotiklə tutulub - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 40 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı S.Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər dəfələrlə məhkum olunmuş, 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə "patı" adlanan narkotik maddə - metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.




Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












