Polis əməliyyat keçirib, daha 5 nəfər "patı" ilə tutulub - FOTO

Cəlilabadda metamfetaminin ("patı") dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İ.Quliyev və H.Nəsirov tutulub.
Keçirilən baxış zamanı hər ikisinin üzərindən "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla onların həmin psixotrop maddəni Cəlilabad rayon sakini Ə.Cəfərovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən heroin və metamfetamin aşkanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakinləri N.Abdullayev və İlham Kərimov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə satış üçün hazırlanmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












