Polis rəisini intihara kim məcbur edib? – Qohumları şokdadır: “Bir neçə gün əvvəl, küçədə…”

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.
Avtosfer.az xəbər verir ki, Virtualaz.org polkovnik-leytenant Rahib Mirzəyevin intiharının mümkün səbəblərini öyrənmək üçün onu yaxından tanıyan bəzi adamlarla söhbətləşib. Onların hamısı Mirzəyevi dürüst, təvazökar və layiqli zabit kimi xarakterizə ediblər. Yaxın tanışlarından biri belə deyib: “Mən bir neçə gün əvvəl Rahibi təsadüfən küçədə görmüşdüm. Əhvalı yaxşı idi, sağlam görünürdü və heç bir borcu, xidmətdə heç bir problemi yox idi. Rahib nümunəvi ailə başçısı idi, onun iki övladı-bir oğlu və bir qızı var. Bu intihar, əlbətdə ki, doğrudan da intihar edibsə, bizim hamımız üçün əsl şok oldu”.
Əməkdaşımız mərhumun yas məclisində də olub və orada polis bölmsi rəisinin yaxın tanışları, qohumları toplaşmışdı. Əməkdaşımız toplaşanlardan bir neçəsi ilə söhbətləşsə də onların hamısı faciə barədə anlaşılmazlıq içərisində olublar. Heç kim zabitin nədən intihar etdiyini bilmir…
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












