“Polis səviyyəsiz sözlərlə diplomatı təhqir edib” - Açıqlama

Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada diplomatımızın döyülməsi ilə bağlı açıqlama yayıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, məlumatda deyilir: "Bildirmək istərdik ki, Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində, üç ay öncə 2014-cü ilin 29 mart tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin diplomatı, Səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobil vasitəsilə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq polislər tərəfindən kobud sürətdə dayandırılıb. Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir etmiş, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılmış, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunmuşdur. Məsələ ilə bağlı həmin gün TR XİN-ə nota ünvanlanmış, TR DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılmışdır. Hər iki proses də hal-hazırda davam etməkdədir. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi məsələni yaxından izləməkdədir".
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












