Polis yoldaşını öldürüb yandıran şəxsin məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşını Bakıda qətlə yetirməkdə təqsirləndirilən Rabil Nuruş oğlu İbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən şəxsin bacısının ifadəsi dinlənilib.
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
Məhkəmə prosesindən sonra tərəflər arasında mübahisə düşüb.
Qeyd edək ki, bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.
Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












