Polisdən qaçarkən törədilmiş qəzaya görə sürücü məsuliyyət daşıyır

Son günlər yenə də DYP-nin saxla göstərişinə tabe olmayan avtomobillərin təqibi ilə bağlı suallar verirlər. Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az fikirlərini açıqlayıb: «Sürücü dostlar, bu məsələdə ən əsas məqam odur ki, DYP-nin tabe olmayan sürücünün avtomobilini qanuni və ya qanunsuz təqib etməsindən asılı olmayaraq , DYP-dən qaçarkən törədilmiş qəzaya görə sürücü istisnasız olaraq məsuliyyət daşıyır. Təqib aşkar qnunsuz olsa da, ondan qaçmaq heç bir halda son zərurət, zəruri müdafiə və s. hesab edilə bilməz, çünki DYP heç kəsi qətlə yetirmək üçün qovmur. Qanunsuz təqib olarsa, bunu edən DYP əməkdaşı da məsuliyyət daşıyacaq. Amma bunun təqibdən qaçan sürücünün törədiyi qəzaya görə məsuliyyətinə heç bir təsiri yoxdur. Bunu unutmaq olmaz. Əgər aşkar şəkildə əminsinizsə ki, DYP əməkdaşı heç bir əsas olmadan dayanma barədə göstəriş verdi, yenə də dayanmaq məsləhətdir. Yalnız dayanaraq DYP əməkdaşının özünə onun göstərişinin qanunsuz olduğunu demək lazımdır. Əgər o, israr edərsə, 902 xidmətinə zənglə və ya sonradan yazılı şəkildə şikayətinizi bildirərsiniz. Həm də axı dayanmanın elə səbəbləri var ki, sürücünün onu bilməsi mümkün deyil, yalnız DYP əməkdaşı yaxınlaşandan sonra bilmək olur ki, sizi dayandırmanın səbəbi nədir. Hər bir halada mənasız yerə qovhaqov salmaq son dərəcə yanlış və təhlükəli bir şeydir. Buna yol verməyin».
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












