Polisdən ziddiyətli açıqlama: «Sürücü yol polisini təhqir etməyib, etdiyi hərəkətə görə üzr istəyib»

Bu gün Avtosfer.az saytında Bakıda 1 milyonluq maşının sürücüsünün yol polisi əməkdaşını təhqir etməsi yazısına Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. Yazıda qeyd etmişdik ki, Avtosfer.az saytına hadisə şahidlərinin verdiyi məlumata görə, iyunun 25-də saat 12-1 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 100 olan göy rəngli «Rols Royce» markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozduğu üçün ona yaxınlaşan yol polisi əməkdaşını təhqir edib. Yol polisi əməkdaşı sürücüdən sənədlərini istəsə də, qarşı tərəf heç bir sənəd təqdim etməyib. Üstəlik, sürücü yol polisinə 20 qəpik uzadaraq «al, bu da sənə şirinlik» deyərək oradan uzaqlaşıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az saytına bildirdi ki, bununla bağlı araşdırma aparılıb, lakin yazıda qeyd olunan məqamlar təsdiqini tapmayıb: «Vətəndaşlardan xahiş edirik ki, kütləvi informasiya vasitələrinə yalan məlumat verməsinlər. Bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı sürücünün yol polisinə qarşı kobudluq etməsi, təhqir etməsi kimi faktlar təsdiqini tapmayıb».
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov isə “Qafqazinfo”ya bildirib ki, polisin təhqir olunması barədə yazılanlar düzgün deyil: “Yol Patrul Xidmətinin əməkdaşları həmin maşını həqiqətən də saxlayıblar. Lakin sürücü yazıldığı kimi 20 qəpik yox, 50 manat çıxararaq cəriməni ödəməyə hazır olduğunu bildirib. YPX əməkdaşları isə cəriməni yalnız protokol yazıldqdan sonra qanunda göstərildiyi şəkildə ödəməli olduğunu bildiriblər. Sonradan məlum olub ki, həmin şəxs özü hazırda istefada olan polis polkovnikinin oğludur. Sürücü etdiyi hərəkətə görə üzr istədikdən sonra YPX əməkdaşları onun ərazidən uzaqlaşmasına icazə veriblər”.
S.Bağırov onu da deyib ki, mətbuat polis, həmçinin digər peşə sahibləri ilə bağlı bu cür məlumat yazarkən daha həssas olmalıdır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












