Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb - Osman Gündüz

“Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb”. Avtosfer.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.
“Yəqin hamımız polisin gündəlik açıqlamalarında, xüsusən də DİN Mətbuat xidmətinin rəisi Elşad Hacıyev in statuslarında rast gəlirik ki, hər gün filan sayda itkin düşənlər, axtarışda olanlar, borcu olanlar və s. tapılıb və aidiyyatı üzrə təhvil verilib. Bəzilərinə elə gələ bilər ki, bu rəqəmlər reallığı əks etdirmir, hər gün bu qədər insanın tapılması real deyil, sadəcə statistika üçün paylaşılır. Əslində isə düşünürəm ki, bu tip 2-3 cümləlik məlumatın arxasında bizim görmədiyimiz xeyli məqamlar var. Diqqət cəlb edən budur ki, polis bütün bunları yalnız təbii intellektin gücü ilə edə bilməzdi”.
Osman Gündüz bildirib ki, son zamanlar süni intellektdən istifadə, texnologiyaların tətbiqi, “Təhlükəsiz Şəhər Sistemi" çərçivəsində aparılan işlər, xüsusilə də COP29-dan öncə şəhərdə video-müşahidə sisteminin gücləndirilməsi işləri uğurlu olub.
“Müşahidələr göstər ki, polisin rəqəmsal transformasiyası xeyli güclənib. Biometriyaya əsaslanan yeni rəqəmsal həllər istifadəyə veriblər. Artıq şəhərdə əvvəlki ənənəvi kameralarla yanaşı, adam boyu hündürlükdə olan , çox güman ki biometrik identifikasiya məqsədilə quraşdırılan kameralara da tez-tez rast gəlmək olur”.
Ekspert ötən ildən kiber polisin fəaliyyətə başlaması məsələsinə də toxunub. Bildirirb ki, kiber polis banklarla birləşərək kibercinayətkarlığa və kiber talamalara qarşı bir mərkəz də formalaşdırıb. “Düşünmək ola ki, mobil operatorlarla da birgə fəaliyyət göstərirlər. Yeri gəlmişkən artıq son zamanlar bu sahədə kibercinayətlərin bir qədər səngidiyi də müşahidə olunur”.
Osman Gündüz qeyd edib ki, hər gün açıqlanan statistikalara əsasən düşünmək olar ki, DİN video-müşahidədən, toplanan böyük datalardan və süni intellektdən, həmçinin kiber texnologiyalardan effektiv istifadə edir.
“Məhz süni intellekt müxtəlif mənbələrdən gələn böyük həcmli məlumatları real vaxtda analiz edərək axtarışda olanların hərəkət trayektoriyalarını müəyyən etməyə, ictimai təhlükəsizlik kameralarının görüntülərini real vaxtda təhlil edərək və üz tanıma texnologiyası vasitəsilə axtarışda olan şəxslərin tapılmasına kömək edir”.
Ekspert sonda onu da əlavə edib ki, DİN təhlükəsizliyin təmin olunmasında, itkin düşənlərin və axtarışda olanların tapılmasında süni intellektdən və texnologiyalardan yetərincə bəhrələnir.
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ










