Polkovnikə yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin Nümayəndəliyinin rəhbəri (attaşe) polkovnik Fuad Qasımov vəzifəsindən azad edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov polkovnik Fuad Qasımova yeni vəzifə verib.
Şahin Bağırovun müvafiq əmri ilə Fuad Qasımov komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini və rəis vəzifəsinin müvəqqəti əvəzedicisi təyin edilib.
Fuad Qasımov attaşe vəzifəsinə təyin edilməzdən əvvəl uzun müddət Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə çalışıb.
O, hazırda Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi olan general-mayor Sevda Şirinovanın adamı kimi tanınıb. Fuad Qasımov Dövlət Gömrük Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində də yüksək vəzifələrdə çalışıb.
Xatırladaq ki, daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Oruc Zalovun polkovnik oğlu Rəşad Zalov bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO












