“Porsche” qiymətinə televizor - FOTO

“Samsung” 120 min dollara televizor təqdim edib Dünyada ən iri televizor istehsalçısı olan “Samsung Electronics” şirkəti ən bahalı Samsung UN105S9W televizoru üçün ərizələrin qəbuluna başlayıb. Bu barədə İTİ-nin saytında xəbər yer alıb. 105 düymlü çökük displeyli 4K Ultra HD-televizorunun qiyməti 120 min dollardır ki, elə “Porsche Carrera 4S Cabriolet” avtomobili də təxminən bu qiymətədir. Televizor 5120 x 2160 piksel təsvir dəqiqliyinə malikdir ki, bu da Full HD formatı ilə müqayisədə 5,3 dəfə çoxdur. Yeni model 4 HDMI portu, Smart TV texnologiyası və 160 Vt. gücündə olan DTS Premium Sound 5.1 çoxkanallı akustik sistemlə təchiz olunub. Bundan əlavə, Wi-Fi, 4 USB portu, 3D dəstəyinə malikdir. Televizorun funksiyalarının idarə olunmasına dördnüvəli prosessor cavab verir.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












