Prezident: “Biz münaqişəni danışıqlar yolu ilə həll edə bilməyəcəyimizi anladıq”

“Azərbaycan ordusu bu müharibədə qələbə qazandı və işğalçıları torpaqlarımızdan qovmuşuq. Bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edirəm”.
Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.
Prezident bildirib ki, bu qələbədə hərbçilərimizin müstəsna rolu var:
“Siz öz həyatınızı riskə ataraq, böyük şücaət göstərmisiz. İkinci Qarabağ Müharibəsi Azərbaycan tarixində silinməz iz qoyacaq. Qısa müddət ərzində, az itkilərlə düşmənə sarsıdıcı zərbə vurduq.
Biz düşməni bizim torpaqlarımızdan çıxmağa məcbur etdik. Biz döyüş meydanında bu qələbəni qazandıq və işğalçı məcbur olub digər torpaqlarımızdan çıxdı.
30 ildir danışıqlar gedirdi. Lakin biz bu məsələni danışıqlar yolu ilə həll edə bilməyəcəyimizi anladıq. Biz döyüş meydanında öz torpaqlarımızı düşmənlərdən azad etdik. Bu qələbədə şəhid olan bütün əsgərlərimizə Allah rəhmət etsin. Sizə və digər yaralanan əsgərlərimizə Allah şəfa versin. Həm döyüş meydanında, həm danışıqlar meydanında biz öz istəyimizə nail olduq”.
Prezident İlham Əliyev şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











