Prezident İlham Əliyev İrandadır

Prezident İlham Əliyevin İrana səfəri başlayıb Azərbaycan və İran prezidentlərinin görüşündə 4 sənəd imzalandı Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri başlayıb. APA-nın Tehrana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Tehran hava limanında Azərbaycan Prezidentini İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi, İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur və İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin qarşılayıb. Azərbaycan Prezidentinin səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, İran ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşləri gözlənilir. Hər iki ölkə arasında sənədlər imzalanacağı, iki ölkə başçısının birgə bəyanatla çıxış edəcəyi bildirilir. *** Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İİR Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imza atıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyi və İran Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb. Sənədi Elmar Məmmədyarov və İran daxili işlər naziri Əbdülrza Rəhmani imzalayıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri ilə bağlı əməkdaşlıq haqda anlaşma memorandumu da imzalanıb. Sənədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və İranın yol və şəhərsalma naziri Abbas Axundi imza atıb. Daha sonra Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazan Su Elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian imzalayıblar. Sənədlərin imzalanması mərasimindən əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev İİR prezidenti Həsən Ruhani arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. Səfər davam edir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
















