Prezident İlham Əliyev: "Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır"

"Hesab edirəm ki, atəşkəs çağırışları sadəcə çağırış olmamalıdır. Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi".
Prezident İlham Əliyev bu fikri CNN-Türk televiziyasına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualına cavabında səsləndirib. “Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur”, - deyə dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, atəşkəsin bərpası şərtlərlə təmin edilməlidir: “İlk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizə təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu təkliflər cavabsız qalmayacaq”.
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB










