Prezident: “İndi Azərbaycan özü status-kvonu dəyişir” - VİDEO

Ermənistan status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq. Bu sözləri oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Azərbaycanın Ermənistan tərəfindən dəfələrlə hücuma məruz qaldığını bildirib:
“Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi. Onlar bunu etməyə müvəffəq olmadılar. Ordumuz onları məğlub etdi.
Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbçilərimizə qarşı terror aktları törətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünki diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimizə və şəhərlərimizə qarşı genişmiqyaslı hücuma keçdilər.
Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar”.
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO










