Prezidentdən pravoslavlara pasxa təbriki

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib. Təbrik məktbunda deyilir: “Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənib, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər.
Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












