Prezidentdən Ramazan təbriki

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər! Mübarək Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram". Dövlət başçısı qeyd edib ki, hikmətlər hikməti olan Qurani-Kərimin nazil olduğu Ramazan ayı bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu, düşüncəsini saflaşdıran əziz bir aydır.
Prezident vurğulayıb ki, Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur: "Ölkəmizdəki dövlət-din münasibətləri, vətəndaşların dini etiqad azadlığı milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir. Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir".
İlham Əliyev bildirib ki, bu günlər cəmiyyətimiz əsl bayram sevinci ilə yaşayır. Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar dünyanın və ölkəmizin əmin-amanlığı naminə və Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirlər: "Mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşlarımızın tutduğu orucun, etdiyi dua və niyyətlərin Allah dərgahında qəbul olunmasını diləyir, bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!"
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF










