Prezidentin köməkçisi: "Ermənistan silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir"

"Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər.
Bu gün həm müxtəlif internet resurslarında, həm də sosial şəbəkələrdə digər ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimızdə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı çoxsaylı məlumatlara rast gəlinir".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nda qeyd olunur ki, “Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər.”
Silahlı muzdlular ilə bağlı BMT-nin çoxsaylı qətnamələri vardır. Bu qətnamələr silahlı muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlığı qınayır, və bütün dövlətləri, beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində, silahlı muzdluları və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırır. Silahlı muzdlulardan insan hüquqlarını pozmaq vasitəsi kimi istifadə edilməsi ilə bağlı BMT-nin müvafiq işçi qrupu da vardır.
Bundan əlavə, Avropa Şurasının “Terrorizmin qarşısının alınması üzrə 2005-ci il Varşava Konvensiyasının” 2015-ci ildə qəbul edilmiş Əlavə Protokolu da terrorizm məqsədilə xaricə gedən şəxslərə qarşı ölkələr tərəfindən cinayət məsuliyyətinin tətbiq edilməsini nəzərdə tutur.
Bu faktlar göstərir ki, beynəlxalq ictimaiyyət silahlı muzdlu probleminin kəskinliyini və ona qarşı mübarizənin labüdlüyünü dərk edir. Ermənistan isə bunun tam əksini edir və hətta silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir. Bununla da növbəti dəfə beynəlxalq hüququ pozur və BMT-nin qadağalarına qarşı gedir.
Bir sıra dövlətlərin qanunvericiliyində xaricdə silahlı muzdlu kimi döyüşlərdə iştirak edən vətəndaşlara qarşı uzun müddətli həbs və böyük məbləğli cərimələr nəzərdə tutulur. Bu qəbildən olan silahlı qruplaşmanın yaradılmasında və idarəçiliyində yer alan şəxsləri isə daha ağır cəzalar gözləyir. Həmçinin hərbi əməliyyatlarda iştirak edən şəxslərin müəyyən hüquqlarından məhrum edilməsi (səsvermə, seçkilərdə iştirak, vəkillik, şahidlik, himayədarlıq, oturum icazəsi) də nəzərdə tutulur.
Bir sıra Avropa dövlətləri qeyri-qanuni silahlı qruplaşmalara qoşulmalarına görə öz vətəndaşlarına qarşı ciddi tədbirlər görür. Misal üçün, cari ilin iyul ayının əvvəllərində Fransada İŞİD tərkibində döyüşlərdə iştirak etmiş Tyler Vilus adlı şəxs 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Amma Xocalı soyqırımında iştirak etmiş Qilbert Minassyan adlı Fransa vətəndaşı Liberation qəzetinə müsahibəsində Fransa vətəndaşlarını muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün səfərbər etdiyini bildirmişdir.
Son hərbi əməliyyatlar başlamazadan öncə də Ermənistan silahlı muzdluların, terroristlərin işğal olunmuş Azərbaycan ərazilərinə gətirilməsini təşkil edirdi.
Xaricdən silahlı muzdluların gətirilməsi Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilərək könüllülərin müdafiəyə cəlb olunması məsələsinin müzakirəsi zamanı daha da aydın oldu. Bu addımla Ermənistan könüllülər adı altında faktiki olaraq digər ölkələrdən silahlı muzdluları və terrorçuları öz ordusuna cəlb etmək məqsədi güdür.
Son döyüşlər zamanı isə bu proses daha da sürətləndirilib. Həm öncədən əldə edilmiş məlumatlar, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında rast gəlinmiş hallar açıq şəkildə Ermənistan tərəfində xarici ölkələrdən gələn silahlı muzdlu döyüşçü və terroristlərin vuruşduğunu sübut edir. Bizdə bunu aid bir çox foto və video dəlillər var. Muzdlular arasında erməni əsilli xarici ölkə vətəndaşları yetərincədir. Həmin şəxslər mülki Azərbaycan əhalisinə qarşı hücumlarda iştirak edirlər. Bu şəxslərin erməni əsilli olması onların Azərbaycan ərazilərində döyüşməsinə haqq qazandırmır və onları xarici döyüşçü statusundan azad etmir.
Bu xüsusda, aidiyyəti ölkələri belə addım atan vətəndaşları ilə bağlı ciddi tədbirlər görməyə, onların işğal olunmuş ərazilərə gəlmələrinin qarşısını almağa, eləcə də bu şəxslərə qarşı cinayət işləri açmağa çağırırıq.
İşğal olunmuş ərazilərimizdə vuruşan və hərbi əməliyyatlarda iştirak edən zaman həmin şəxslər avtomatik olaraq Azərbaycan Ordusunun legitim hədəfinə çevrilirlər. Döyüşdən sağ çıxıb öz ölkələrinə qayıdan silahlı muzdlular isə öz cəmiyyətləri üçün böyük təhlükə mənbəyinə çevriləcəklər".
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










