Prius taksiləri bu avtomobil əvəz edir: 1 milyon satılıb

Ölkəmizdə taksi xidmətlərinə dair tətbiq edilən yeni qaydalar nəticəsində taksi parkının yenilənməsi prosesi baş verməkdədir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər köhnə avtomobillərini müasir modellərlə əvəz edirlər. Bu zaman sürücülərin ən çox diqqət yetirdiyi amil avtomobilin münasib qiymətə və komfortlu olmağıdır. Bu səbəbdən, onlar Çin istehsalı olan avtomobillərə maraq göstərirlər.
Bəs həmin avtomobillərin hansı xüsusiyyətləri var?
Sözügedən Çin istehsalı avtomobillər taksi fəaliyyəti üçün bir sıra üstünlüklərə malikdir. Hazırda nəzərdə tutulan BYD Destroyer 05 modeldir.
Bu avtomobillərin bəzi əsas özəllikləri qiymət baxımından daha əlverişli olur. Bu da sürücülərin köhnə avtomobilləri yeniləri ilə əvəz etmələrini asanlaşdırır. Sözügedən modelin qiyməti hazırda 30 minə yaxındır.
Bir çox Çin istehsalı avtomobil modelləri yanacaq sərfiyyatı baxımından effektivdir. Bu da taksi sürücüləri üçün əlavə xərclərin azaldılmasına kömək edir. Bu avtomobillər rahat oturacaqlar, yaxşı səs izolyasiyası və müasir multimedia sistemləri ilə təchiz olunur. Bu, sərnişinlər üçün daha komfortlu bir təcrübə yaradır.
Son illərdə Çin avtomobil istehsalçıları keyfiyyətə daha çox önəm verərək, etibarlı və uzunmüddətli istifadə üçün əlverişli avtomobillər istehsal etməyə başlamışdır. Çin avtomobilləri digər markalarla müqayisədə daha az təmir xərci tələb edir. Bu da onları taksi fəaliyyəti üçün daha sərfəli edir.
Bu xüsusiyyətlər Çin istehsalı avtomobilləri taksi sürücüləri üçün cəlbedici edir və onların bu markaları seçməsinə səbəb olur.
Qeyd edək ki, həmin avtomobildən ötən ay ərzində Çində 1 milyon ədəd artıq satılıb.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












