Prokuror avtobusda arvadını öldürən şəxsə 18 il yarım iş istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahid Pərviz Zeynalov ifadə verib.
O, dindirilən zaman hadisənin necə baş verməsi haqda danışıb: "Axşam idi. 135 saylı sərnişin avtobusu ilə işdən evə gəlirdim. Avtobusun arxa oturacağında əyləşmişdim. Birdən avtobusun qabaq tərəfindən səs gəldi. Bir nəfər əlində bıçaqla içərindən çölə çıxdı. Yaxınlaşanda bir xanımın qan içində yaralı olduğunu gördüm. Mən təcili yardım çağırdım. Avtobusun sürücüsü isə sürüb getdi. Daha sonra hadisə yerinə polislər gəldi".
Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.
N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












