Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












