Putin Trampa Bakı və İrəvan haqda görün nə deyib – Liderlərin dialoqu

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması ilə bağlı söhbətindən danışıb.
Avtosfer.az "Globalinfo"ya istinadla xəbər verir ki, o, Putinlə həmişə əla münasibəti olduğunu qeyd edib.
“Lakin mən bu gün məyusam. Çünki Ukraynada sülhün Yaxın Şərqdəki sülhdən çox daha tez gələcəyini düşünürdüm”, – Ağ Ev rəhbəri deyib.
Tramp bu kontekstdə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmaları da xatırladıb. O, Rusiya Prezidentinin bu barədə ona dediklərini təqdim edib:
“Putin telefonla danışarkən bu barədə mənə dedi ki, “bu, möhtəşəmdir, çünki hamı bunu bacarmağa çalışdı, amma alınmadı, sən isə bacardın”. Bəli, mən buna nail oldum”.
Donald Tramp həmçinin öz vasitəçiliyi ilə dayandırılmış digər münaqişələrdən də danışıb. O bildirib ki, bu münaqişələri həll etməyin Rusiya və Ukrayna arasındakı qarşıdurmadan daha çətin olduğunu düşünürdü:
“Hər şey başqa cür alındı. Onların arasında çoxlu nifrət toplanıb. Putin və Zelenski bir-birinə qarşı böyük nifrət bəsləyirlər”.
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY












