“Qaçqınkom“ iddialara cavab verdi - “Əsassız fikirlər hüquqi məsuliyyət yaradır”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçay oğlunun sosial şəbəkədə səsləndirdiyi iddialarına münasibət bildirib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, bu günlərdə sosial şəbəkələrdə yayımlanan müsahibədə Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçay oğlunun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti və Böyük Qayıdış tədbirləri ilə bağlı iddialar səsləndirib.

Bildirilib ki, Müslüm Hüseynov Ağdam rayonu Təzəkənd kəndi Dəmiryol stansiyası ərazisində yerləşən yaşayış üçün yarasız tikilidə müvəqqəti məskunlaşıb: “Onun Komitəyə müraciəti əsasında Xocalı rayonunun Xanabad kəndinə daimi məskunlaşması məqsədilə, mövcud qaydalara görə ailə tərkibinə uyğun olaraq ikiotaqlı fərdi yaşayış evinin ayrılması barədə qərar qəbul edilib. O, 2025-ci il noyabrın 21-də kəndə köçürüləcək 22 ailənin də iştirakı ilə keçirilmiş püşkatmada iştirak edib püşkünü çəkərək evin kodlaşdırılmış ünvanını əldə edib.
Müslüm Hüseynov etdiyi yazılı müraciətlərdə də əvvəlcə ona püşkatmada çıxmış evlə bağlı narazılıq bildirib, sonradan isə qızının ailəsinə verilmiş evlə qonşuluqda başqa yaşayış sahəsi tələb edib. Bildiririk ki, hazırda Xanabad kəndinə köç başlamayıb. Köç olanadək püşkatma nəticəsində ona düşən evə köçə bilməyəcəyi ilə bağlı qərarının qəti olduğu halda bunun rəsmiləşdirilməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən vətəndaşa rəsmi məktub göndərilib, lakin bu günədək cavablandırılmayıb”.
Qeyd edilib ki, təsdiq edilmiş bərpa qrafikinə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən mərhələli formada inşa, yaxud bərpa olunmuş evlərin təqdim olunmuş kodlar üzrə siyahısına əsasən Dövlət Komitəsi tərəfindən yalnız köçürüləcək ailələrin püşkatması keçirilir: “Püşkatma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, həmçinin İctimai Şura üzvlərinin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilir.
Böyük Qayıdış tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması ilə əlaqədar Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı Müslüm Hüseynovun əsassız fikirlərinin və onun söylədiklərinin sosial şəbəkələrdə ictimailəşdirilməsi hüquqi məsuliyyət yarada bilər”.
Rusiya təyyarələri Tehrandan nə daşıyır? - Hərbi ekspertdən açıqlama
Rusiyada azərbaycanlılara qarşı etiraz aksiyası - "Şəhəri tərk edin!" - VİDEO
AYB üzvlük haqqı ödəməyənləri xaric edəcək: "500 adamın ildə 15 manatla dolanması mümkün olar?"
Farslar İsfahanda Qasım Süleymaninin heykəlini niyə yandırdı? - POLİTOLOQ
Bakıda bu ünvandakı bina söküləcək - 1340 AZN kompensasiya
“Lukoil”lə bağlı qərar verildi - Bu müddət ərzində …
“Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb
Prezident onu nazir müavini təyin etdi - FOTO
Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
30 yaşlı polkovnikə yüksək vəzifə verildi - GENERALDAN TƏYİNAT - FOTO











