Qadın polis əməkdaşları məişət zorakılığı ilə mübarizədə fəal iştirak edirlər

Bakı şəhərində qadın polis əməkdaşları məişət zorakılığı ilə mübarizə istiqamətində fəal iştirak edirlər. Onlar əhali arasında hüquqi maarifləndirmə aparır, zərərçəkmiş şəxslərin müdafiəsini təmin edir və icma ilə sıx əməkdaşlıq edirlər. Avtosfer.az xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda tədbirdə söyləyib. O bildirib ki, 2024-cü il üzrə cinayətlərdən zərər çəkmiş şəxslərin statistikası göstərir ki, məişət zorakılığı qurbanlarının əksəriyyəti qadınlardır. Bu, qadınların müdafiəsinin və maarifləndirmə işlərinin vacibliyini bir daha göstərir.
K.Ələkbərova əlavə edib ki, qadın polis əməkdaşlarının sayı artdıqca və onların cəmiyyətdə iştirakı gücləndikcə, məişət zorakılığı hallarının qarşısının alınması və zərərçəkmişlərin müdafiəsi daha effektiv həyata keçirilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












