Qadın sürücünün maşınında saxta nömrə aşkarlandı – VİDEO – FOTO

İyunun 23-dən 24-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən reyd zamanı maraqlı olay baş verib. Video və fotoda gördüyünüz «Hundai» markalı avtomobil Dövlət Statistika Komitəsinin qarşısında DYP əməkdaşları tərəfindən saxlanılıb. Xanım sürücü tərəfindən idarə olunan bu avtomobilin saxlanılmasının səbəbi səsboğucu qurğuya edilən müdaxilə nəticəsində avtomobilin yüksək səs çıxarması olub. Yəni, xorultulu səs çıxaran avtomobil məhz buna görə saxlanılıb. DYP əməkdaşları Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşına bildiriblər ki, xanım sürücü saxlanılarkən heç bir sənəd təqdim etməyərək harasa zəng etməyə başlayıb. Texniki vasitələrlə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bu avtomobilin üzərindəki nömrə saxtadır. Yəni, KQY-110 nömrənsi bu avtomobilə aidiyyatı yoxdur.
Qeyd edək ki, bu nömrə Avropa Birliyi ölkələrinə məxsusdur. Avtomobili idarə edən xanım isə azərbaycanlıdır. O, yol polisi ilə kobud danışmaqla yanaşı, hədə-qorxu da gəlib. Sonra isə maşından düşərək uzaqlaşıb. Telefonla harasa zəng edərək avtomobilin sahibinin gələcəyini və və sənədləri də gətirəcəyini bildirib. Lakin həm sürücünün heç bir sənəd təqdim etməməsi, həm də avtomobilin nömrəsinin saxta çıxması səbəbindən yol polisi əməkdaşları həmin nəqliyyat vasitəsinə cərimə meydançasına aparıblar.
Maraqlıdır, nömrə bu avtomobilə məxsus deyilsə, nömrə mülki şəxsin əlinə necə keçib? Avropa Birliyi ölkələrindən Bakıya gətirilən bu avtomobilin nömrəsi təhvil verilməli olduğu halda, saxta yolla başqa avtomobilə necə vurulub? Hər halda, hazırda məsələ DYP tərəfindən araşdırılır. Nəticəsi maraqlı olacaq.
Elməddin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














