"Qala Sığorta" yanan "BMW"yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..." - VİDEO

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, bu barədə məhkəmə qərar verib.
1995-ci təvəllüdlü Alixan Həsənov məhkəmədə "Qala Sığorta" ASC barəsində 43.140 manat zərərin, həmçinin mənəvi zərər kimi isə 7.000 manat pulun və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia qaldırıb.
İddiaçı bildirib ki, "Qala Sığorta" ASC tərəfindən ona sığorta ödənişi olunmaması nəticəsində əsəb, stres və sarsıntı keçirib:
"Hadisə olan zaman sığorta şirkəti tələb etdi ki, maşın hadisə yerində qalsın. Bakıdan gəlib nümunə götürəcəklər. Bir həftə sonra maşından oğurluq oldu. Sığorta şirkəti dedi ki, maşını götür, artıq loboratoriyadan gəlib nümunə götürüblər".
"Qala Sığorta" ASC isə Alixan Həsənov tərəfindən qəsdən törədildiyinə şübhə yarandığı üçün sığorta ödənişi etməkdən imtina edildiyini bildirib:
"Qeyd olunan sığorta növü üzrə sığorta hadisəsinin baş verməsinin mühüm şərti ondan ibarətdir ki, hadisə təsadüf nəticəsində baş verməli, başqa sözlə sığorta olunan şəxsin qəsdi, yaxud səhlənkarlığı nəticəsində baş verməməlidir. Hadisə yerinə keçirilən baxışdan və şahidlərin izahatlarından güman olunur ki, yanğın avtomobilin elektrik naqillərində baş verən elektrotexniki qəza səbəbindən baş verib. Avtomobilin sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunub və yanğına səbəb olub. Hətta iddiaçı avtomobilin mühərrik hissəsinin sağ tərəfinin salona yaxın hissəsində xırda bir yerdə baş verən tüstülənmənin tədricən alışmasına və alovlanmasına bir müddət tamaşa edib və hər nədənsə bu qədər müddət ərzində kiçik bir su və ya torpaqla söndürülə biləcək yanğına müdaxilə etməyib".
Məhkəmənin hökmü ilə Alixan Həsənovun iddia təmin edilməyib. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilib.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












