Qalmaqallı biznesmenin Azərbaycana ekstradisiyasına kim mane olur?

Hələ apreldə Ukraynanın Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının əməkdaşları ölkənin Milli polisi ilə birgə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Maqsud Mahmudovu saxlayıblar.
“Report” xatırladır ki, Ukrayna Təhlükəsizlik Xidməti saxlanılan şəxsin dələduzluq ittihamı üzrə beynəlxalq axtarışda olduğunu bildirib.
"Xüsusi xidmət orqanının təhqiqatçıları müəyyən ediblər ki, 51 yaşlı əcnəbi Ukraynada ötən ilin noyabrından gizlənib. Cinayətkar paytaxtda yalnız taksi ilə hərəkət edib və telefon nömrəsini dəyişib. O, Ukraynada vətəndaşlığını leqallaşmaq və vətənində cəzadan qaçmaq üçün siyasi qaçqın statusunu almağa çalışırdı", - xəbərdə deyilirdi.
Asayiş keşikçiləri tərəfindən keçirilən operativ axtarış tədbirləri nəticəsində onun yaşayış yeri müəyyən edilib. M.Mahmudov paytaxtın Qoloseevsk rayonunda kirayə etdiyi mənzildə saxlanılıb.
Məhkəmənin qərarına əsasən, o, iyulun 17-ə qədər - Azərbaycana ekstradisiya qərarı verilənədək həbsdə olmalı idi.
Lakin qalmaqallı biznesmen bu günə kimi Ukraynadadır.
Etibarlı mənbələrdən "Report"a verilən məlumata görə, M.Mahmudovun Azərbaycana ekstradisiyasına Ukraynanın Daxili İşlər naziri Arsen Avakov hər cür maneçiliklər törədir.

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











