Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Xüsusi mühafizə olunan təbiət ərazilərində ekoloji qanun pozuntularına qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Türkan qəsəbə sakini Şair Əmrahov olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi məlum olub: "Qanun pozucusu barəsində akt tərtib olunub, ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”.
F.Əliyev bildirib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən istintaq aparılır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












