Qanunsuz evlər bu halda SÖKÜLƏCƏK

Ölkədə çıxarışı olmayan evlərin sayı yüz minlərlədir. Məhz mətbuatda son dövrlərdə tez-tez qanunsuz tikililərin müvafiq qurumlar tərəfindən sökülməsi məlumatlarına rast gəlirik.
Maraqlıdır, qanunsuz evlər hansı hallarda sökülə bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, sənədsiz evlərdə müəyyən rəsmi sənəd olsa da, rəsmiləşdirmə tam deyil, qanunsuz evlər isə başqasının torpağında tikilir:
“Ümumiyyətlə, bu məsələdə sənədsiz evlər və qanunsuz evlər arasında aparılmalıdır. Sənədsiz evlər şəxslərin müəyyən ilkin sənədləri var. Belə ki, icra hakimiyyətinin sərəncamı, bələdiyyə arasında alğı-satqı müqaviləsi. Amma evin tikintisi ilə bağlı və ya tikintisindən sonrakı səbədləşdirmələr düzgün aparılmayıbsa, bu artıq sənədsiz evlər hesab olunur. Qanunsuz tikililərlər isə onlara məxsus olmayan torpaqların üzərində şəxslər tərəfindən tikilmiş evlərdir. Təbii olaraq, bu torpaqların mülkiyyətçiləri var. Bu ya fiziki şəxslərdi, ya da bələdiyyə və dövlət mülkiyyətçisidir. Belə olan təqdirdə müxtəlif hüquqi nüanslar yaranır. Hər birinin həlli də fərqli formadadır”.
Onun sözlərinə görə, özbaşına söküntülər qanunsuzdur:
“Bugünkü gündə məhkəmələrin icraatında bu tip işlər var ki, şəxslər digər şəxslər qarşı onların torpaqlarının zəbt olunması həddi üzərində fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı iddialar qaldırıb. Həmin tikintilərlərin sökülməsi, həmin evlərdən çıxarılması ilə bağlı tələblər var. Amma birbaşa söküntünün həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdən kifayət qədər məlumatlara rast gəlirik. Məsələn, dövlət orqanları və yaxud fiziki şəxslər özləri heç bir rəsmi sənəd olmadan, onların torpağında tikilmiş əmlakları sökülməsi ilə bağlı tədbirlər həyata keçirirlər. Bu təbii olaraq, qanunsuzdur”.
O bildirdi ki, qanunsuz tikililərin sökülməsi yalnız məhkəmə qərarı ilə mümkündür:
“Məsələnin hüquqi yolu şəxs öz mülkiyyət hüququ təsdiq edən sənədlərlə bərabər, hüquqi şəxs, bələdiyyə, dövlət orqanı məhkəməyə müraciət etməlidi. Məhkəmə qaydasında sübut etməlidir ki, həmin ərazi ona məxsusdur. Həmin ərazidə tikintilərlər qanunsuz tikintidi, heç bir rəsmiləşdirmə aparılmadan, onun icazəsi, xəbəri olmadan tikilib. Əmlakın sökülməsi, həmin şəxslərin oradan çıxarılması ilə bağlı qərarın verilməsini məhkəmədən xahiş etməlidir. Məhkəmə bu işləri araşdırır, müvafiq orqanlara sorğular verir, ekspertizalar təyin edir. Bundan sonra işin nəticəsinə uyğun olaraq qərar qəbul edir. Həmin qərarda iddia təmin və ya rədd və yaxud qismən təmin edilə bilər. Məhkəmə qərar qəbul etmədən həmin tikintilər sökməyə heç kimin ixtıyarı yoxdur. Yeni məhkəmənin qətnaməsinə uyğun olaraq hərəkət edilməlidir. Yalnız məhkəmə qərarı ilə bu proses həyata keçirilən bilər”.
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO










