Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA

Xəbər verildiyi kimi, Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simaların “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam etməsiylə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, müğənnilərin, aktyorların və influserlərin olduğu siyahıda məşhur aktyor Azər Aydəmirin və müğənni Damlanın da adı var.
Azər Aydəmir məsələ ilə bağlı açıqlamasında, heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib:
“Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər”,- deyə aktyor açıqlayıb.
Qanunsuz mərc oyunlarının reklamıyla bağlı adı çəkilənlərdən biri də müğənni Damladır.
Müğənninin produseri Şamil İbrahimov iddialara cavab olaraq deyib ki, bu hadisə 4 il əvvəl, pandemiya vaxtı olub, müğənni buna görə cərimə də ödəyib.
“O vaxt bununla bağlı xəbərdarlıq edildi və Nərimanov rayon məhkəməsində iş qaldırıldı. Cəriməni ödədik və məsələ bitdi”.
Qeyd edək ki, məsələ ilə Daxili İşlər Nazirliyinin açıqlamasına görə internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır.
(bizim.media)
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












