Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər cəzalandırılacaq – YENİLƏNİB

Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, DANX məhz bu cür qanunsuz sərnişindaşıma hallarına qarşı mübarizə aparır.
“Bu çox dəhşətli hadisədir. Allah ölənlərə rəhmət eləsin.
Xüsusilə vurğulamaq istəyirəm ki, qəzaya uğramış mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti məhz bu kimi hallara qarşı fəal mübarizə aparır.
Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur.
Biz bütün qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı mübarizəni daha da gücləndirəcəyik, bu kimi hallara yol verənlər mütləq şəkildə cəzalandırılacaq”, - deyə, o, bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı – Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişindaşıma ilə məşğul olan “Ford Transit” markalı mikroavtobus arxadan gələn digər maşın tərəfindən vurulub və divara çırpılıb.
Hadisə nəticəsində ölən və yaralananlar var.
Mikroavtobus Embawood şirkətinin əməkdaşlarını daşıyırmış.
Əldə etdiyimiz məlumata görə, mikroavtobus 27.07.2015 tarixli etibarnamə ilə 16.09.87-ci il təvəllüdlü Nəbiyev Rusif Səməndər oğluna verilib.
Qəza zamanı mikroavtobusu idarə edən Baloğlan adlı sürücü içkili olub, hadisə yerindən qaçıb. Həmin şəxsin sürücülük vəsiqəsi olmayıb.
Son məlumata görə, qəza nəticəsində 3 nəfər həlak olub, daha 9 nəfər yaralanıb.
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək










