Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

İsmayıllı və Ağsu rayonlarına yağan qar magistral yolları ağ örpəyə bürüyüb, bəzi yerlər buz bağlayıb.
APA-nın xəbərinə görə, gecə saatlarından başlayaraq dumanlı hava və yağan qar Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən bu avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolu buz bağladığından, avtomobillərin hərəkəti qismən məhdudlaşıb.
Qarın yağması səbəbindən hazırda İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.
Hazırda İsmayıllı və Ağsunun yol istismarı idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənir, nəqliyyatın rahat hərəkəti üçün yollara duz və qum səpilir. Gecə saatlarında bu yolların yenidən buz bağlayacağı gözlənilir. Buna görə sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.








Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












