Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ

Gecə saatlarından yağmağa başlayan qar Muğanlı, Ağsu, Yevlax, İsmayıllı, Qəbələ, Oğuz, Şəki istiqamətində avtomobil yollarında nəqliyyatın hərəkətini çətinləşdirib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq, Ağsu dolaylarında yol qardan təmizlənib. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman olsa da, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - İsmayıllı yolunda isə avtomobil yolunun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından etibarən burada da yol qardan təmizlənib, qum və duz səpilib. 4-5 dərəcə şaxta müşahidə edilir. Yolun yoxuşlu hissələrində, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib.
Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz - Şəki rayonlarından keçən avtomobil yolunda isə zəif qar yağsa da, yolda ciddi problemlər müşahidə olunmayıb.
Sözügedən ərazilərdə 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












