Qar niyə yağmır? - SƏBƏBLƏRİ AÇIQLANDI

Artıq dekabr ayı başlayıb. Amma hava mövsüm üçün qeyri-adi dərəcədə sabit və mülayim keçir. Adətən ilin bu vaxtlarında dağlıq ərazilərdə qarın yağması müşahidə olunurdu.
Bəs bu il niyə qar yağmır?
Avtosfer.az-ın məlumatına görə, meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında deyib ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə və sinoptik şəraitlə əlaqədar olaraq, adətən dekabr ayının üçüncü ongünlüyündən balayaraq, yanvar və fevral ayları da daxil olmaqla, mart ayının ikinci ongünlüyünədək bölgə tez-tez soyuq hava kütlələrinin təsirinə məruz qalır.
“Bu zaman ölkəmizin əksər bölgələrində və Bakıda bəzi günlərdə hava şəraitinin kəskin dəyişməsi, güclü küləklərlə müşayiət olunan qarlı və şaxtalı hava şəraiti hökm sürür. Lakin son dövrlərdə ətraf mühitə və atmosferə aktiv antropogen təsirlərin artması səbəbindən gözlənilməz ekstremal meteoroloji hadisələr və anomaliyalar da istisna edilmir”.
Meteoroloq bildirib ki, dekabr ayının birinci ongünlüyündə havaların əvvəlki günlərlə müqayisədə tədricən soyuyacağı, bəzi günlərdə yağıntılı olacağı və dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ekoloq Sadiq Həsənov isə vurğulayıb ki, bütün bunlar iqlimdə baş verən kəskin dəyişikliklərin nəticəsidir. Onun sözlərinə görə, qlobal iqlim normalarında temperatur artımı müşahidə olunur:
“Artıq 1,5 dərəcəlik artım təsdiqlənib və bu göstəricinin 2 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Bu artımı nəzarətə almaq üçün BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyası çərçivəsində Paris İqlim Sazişi imzalanıb və ölkələr temperaturun 2 dərəcədən yuxarı qalxmaması üçün öhdəlik götürüblər. Əsas səbəblər mühitə atılan emissiyaların - karbondioksid, metan, azot oksidləri və digər qazların həddindən artıq çox olmasıdır. Karbon qazının çoxluğu səbəbindən onun atmosferin aşağı qatlarında toplanması iqlimdə temperaturun yüksəlməsinə təsir göstərir. Eyni zamanda metan və digər qazların artması da iqlimdə anomal dəyişikliklərə səbəb olur”.
Ekoloq qeyd edib ki, havanın bu cür mülayim keçməsi, məsələn, noyabr ayında temperaturun normadan yuxarı olması qış aylarında müəyyən sərt hava şəraitinin baş verə biləcəyini də göstərir:

“Adətən belə mülayim havalardan sonra qısa müddətli də olsa sərt soyuqlar gəlir. Bu da onu göstərir ki, artıq iqlim dəyişiklikləri nəticəsində fəsillərin və ayların tipik hava ardıcıllığı pozulur. Məsələn, noyabr ayında 17-20 dərəcə isti ola bilər, növbəti aylarda isə əksinə, çox soyuq hava müşahidə edilə bilər. Qarın yağması və ya yağışların intensiv olması iqlimdəki kəskin dəyişikliklərin göstəricisidir. Əvvəllər Kəlbəcər kimi bölgələrdə qar noyabr ayında yağmağa başlayır və mart ayına qədər davam edirdi. Artıq bu dövr dəyişib və indi belə hallara az rast gəlinir”.
S.Həsənov bunun ciddi fəsadlara yol açacağını deyib:
“Qarın yağmaması gələcəkdə su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. Temperaturun mənfi dərəcələrə düşməməsi buzlaqların əriməsini sürətləndirir və nəticədə su ehtiyatlarının azalması, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi və digər sahələrə mənfi təsirlər yarana bilər”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 2-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











