Qar və buzlar əridi, qorxunc mənzərə üzə çıxdı

Dünyanın ən hündür zirvəsi olan Everest dağının yamaclarında qorxulu hadisələr baş verir. Qlobal istiləşmə qar və buzların əriməsinə səbəb olur, hətta onilliklər boyu qalın qar təbəqəsinin altında qalmış ölü alpinistlərin cəsədlərini də üzə çıxarır. Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, Nepallı hərbçilərin köməyi ilə peşəkar alpinistlər illər boyu qar altında qalmış həmkarlarının cəsədlərini çıxarmaq üçün mürəkkəb əməliyyat həyata keçirirlər. Belə ki, 30 hərbi alpinistdən ibarət komandaya rəhbərlik edən mayor Aditya Karki artıq beş yeni cəsədin aşkar edildiyini bildirib.
Xilasedici ekspedisiyanın təcrübəli bələdçisi Tşirinq Janqbu tapşırığın həddindən artıq çətinliyini vurğulayır. Onun sözlərinə görə, yüksək hündürlükdə bədən çəkisi 100 kiloqramdan çox ola bilər, havanın ağır olması səbəbindən xilasedicilərin fiziki imkanları əhəmiyyətli dərəcədə məhdudlaşır.
Təəccüblüdür ki, bəzi cəsədlər həddindən artıq aşağı temperatur sayəsində demək olar ki, dəyişməz olaraq qalıb və çürüməyib. Alpinistlərin meyitləri kramponlar və təhlükəsizlik ləvazimatları da daxil olmaqla tam təchizatda tapılır.
1920-ci illərdə Everestin fəthinə başlanandan bəri onun yamaclarında 300-dən çox insan həlak olub. Faciələrin əsas səbəbi 8000 metrdən yuxarı yüksəklikdə baş verən hipoksiya və hündürlük xəstəliyi hesab olunur. 2024-cü ildə dağ artıq səkkiz alpinistin həyatına son qoyub.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












