Qarabağ qazisini yüzlərlə lənkəranlı coşquyla qarşıladı - VİDEO
Lənkəran rayonunun Şağlaser kəndində coşqu yaşanıb. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayon sakinləri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarda yaralanan və müalicə edilərək sağalıb evinə qayıdan qazimiz Rəşid Əzimzadənin ziyarətinə gəlir.
Rəşid Əzimzadə Lənkəran Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasını bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. Qızğın döyüşlərin birində baş nahiyəsindən yaralanıb. Hərbi hospitalda müalicə aldıqdan sonra evə buraxılıb.
R. Əzimzadə deyir ki, torpaqlarımız işğaldan azad olunduqca əsgərlərimizin ruh yüksəkliyi daha da artır:
“Hamı irəliyə can atır. Döyüşlərdə başımdan qəlpə yarası almışam. Müalicə olundum. İndi özümü lap yaxşı hiss edirəm. Belə təsəvvür etməzdim. Hamı gəlir. Qürurvericidir. Özümü daha güclü hiss edirəm. Ehtiyac yaranarsa yenidən cəbhəyə qayıtmağa hazıram. İnşallah, bayrağımızı Şuşada, Laçında, digər azad olunan torpaqlarımızda sancaq!”
Ən çox insana ruh verən hamının qələbə əzmində olmasıdır. Hər an düşmənin başına od yağdırmağa hazır olan igidlərimiz yetərincədir. Ata-analarımız Vətən sağ olsun! - deyə bu gün üçün oğul böyüdürlər.
Bu gün də gənclərimiz, keçmiş döyüşçülərimiz, qazilərimiz, hətta sadə vətəndaşlar belə qismən səfərbərlik elan olunmasına baxmayaraq, hərbi komissarlığa gedərək ordu sıralarına yazılmaq istəyirlər.
Allah Zəfərimizi yaxınlaşdıran Ordumuzun əzmini daha da artırsın! Amin!
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir












