“Qarabağda gözəl süfrə açarıq” - “Çoçuklar duymasın”ın aktyoru

"Çoçuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycanlı olan məşhur Türkiyə aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında ordumuza, xalqımıza dəstəyini ifadə edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:
"Bir millət, iki dövlət" əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir".
Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: "İnşallah tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda".
Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











