Qarabağda kiçik Silikon Vadisi yaratmaq təklif olunur

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı yeni yaradıcı yanaşmalar mövcuddur”.
Avtosfer.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib.
"Bu istiqamətdə bir sıra təkliflər var. Bunlar Milli Konservatoriyanın Şuşaya köçürülməsi, burada Məclisi-Üns Natəvan divanının təşkil edilməsi, Qarabağda Silikon Vadisində mövcud olan yüksək texnologiyaların, startapların qurulması, Xankəndində ox, kaman kimi bədii kompazisiyaların yaradılmasıdır", - o qeyd edib.
"Bununla yanaşı, Qarabağda Dövlət Universitetinin, Azad İqtisadi Zonanın yaradılması, “Qarabağı yenidən quraq”, “Min ağ dam” adlı layihələrin həyata keçirilməsi, Qarabağda son 100 il ərzində qəhrəmanlıq göstərmiş şəxslərin büstlərinin yaradılması, işğaldan azad edilmiş zirvələrdə azadlıq məşəllərinin yaradılması ilə bağlı təkliflər var. Xankəndində Beynəlxalq Transplantasiya Mərkəzinin yaradılması, Xocalıdan Kahramanmaraşa və Təbrizə aviareysinin açılması, Kəlbəcər Qış-Turizm Mərkəzinin yaradılması, Qarabağda Azərbaycan, Türkiyə və İsrail ilə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var", - Z.Oruc əlavə edib.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












