Qarajı sökülən qaziyə yeni obyekt yeri veriləcək - FOTO

Bir müddət əvvəl Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində obyekt işlədən Vətən müharibəsi qazisi Sərxan Bünyadovun problemi həllini tapıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qazi özü məlumat verib.
S.Bünyadovun sözlərinə görə, yaxın günlərdə yeni obyekti işə başlayacaq:
“Mənə tikinti şirkəti tərəfindən Yeni Günəşli qəsəbəsində həmin yerə yaxın ərazidə yeni obyekt yeri təklif olunub. Razılaşmışam, yaxın günlərdə həmin əraziyə qaraj qoyulacaq. Həmçinin tikinti şirkəti tərəfindən obyekt avadanlıqlarla da təmin olunacaq”.
Xatırladaq ki, peşəsi elektrik olan S.Bünyadova müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən qaraj tikmək üçün yer verilmişdi və o həmin ərazidə tikintiyə lisenziya alaraq kiçik obyekt inşa etmişdi. Lakin ötən həftə yaxınlıqda çoxmərtəbəli bina inşa edən “Məkan” MTK qaziyə məxsus obyekti onunla razılaşmadan sökmüşdü.


Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












