Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq - Türkiyəli nazir

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi geosiyasi və geostrateji əhəmiyyətə malikdir:
"Bu yol regional və qlobal ticarətə də böyük töhfə verəcək. Layihə Türkiyənin vasitəçilik missiyasını və sülhə töhfəsini bir daha sübut edir. Türkiyə qlobal iqtisadiyyatın gələcəyini düşünən bir baxış ortaya qoyur. Qars bu xəttin dəmirdən qapısı olacaq, İğdır qlobal ticarət məkanına çevriləcək, Aralık və Dilucu isə Zəngəzur dəhlizinin açarı olacaq”.
Nazir bildirib ki, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttindən daha çox beynəlxalq arenada səs salacaq birliyin, rifahın və sülhün yoludur:
"Bu yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək".
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












