Qatarda güllələnmə: məşhur aktyor və daha 2 nəfər yaralandı - VİDEO - FOTO

Hollandiyanın paytaxtı Amisterdamdan Parisə səfər edən qatarda silahlı şəxs ətrafa atəş açıb.
Anspress-in məlumatına görə, silahlı hücüm nəticəsində 3 nəfər yaralanıb. Onlardan 2 nəfərinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı Fransa Dəmiryollarından açıqlama verilib.
Yaralananlar arasında "Leon" və "Klan Soprano" filmlərində çəkilmiş tanınmış aktyor Jan Yuq Anqkand var. İnsident zamanı həmçinin amerikalı və britaniyalı 2 keçmiş hərbçi də yaralanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Amma atəş açan şəxsin terrorçu olduğu ehtimal edilir.
Qatarın Fransanın şimalında yerləşən Arras şəhəri yaxınlığından keçərkən baş verdiyi bildirilir. Ətrafa atəş açan şəxs dərhal polis tərəfindən həbs edilib. Polis onun üzərindən 300 patron və bıçaq aşkar edib. Qatarda atəş açan Mərakeş əsilli 26 yaşlı şəxs olub.
Fransanın daxili işlər naziri Bernard Cazeneuvenin hadisənin baş verdiyi Arras şəhərinə getdiyi bildirilir. Hadisə baş verən vaxt qatarda 550 sərnişin olub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar















