Qatarı Sumqayıt əvəzinə Siyəzənə «göndərən» sərnişin üzr istədi - FOTO

SİA-nın elektron poçtuna maraqlı məlumat daxil olub. Asif Niftəliyev adlı Bakı-Sumqayıt qatarının sərnişini bizə ünvanladığı məktubu olduğu kimi dərc edirik: «"20 sentyabr 2015-ci ildə sosial şəbəkələrdə “Yolu səhv saldı, Siyəzənə getdik...” başlıqlı yazım geniş müzakirələrə səbəb olub.
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-yə dəvət olundum və mənə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət xətti barədə ətraflı məlumat verildi. Səhvimi anladım, elektrik qatarının həqiqətən də Sumqayıt sərnişin stansiyasına getdiyinə əmin oldum və öz statusumda səhvimi etiraf etdim. 23.09.2015 tarixində məni 19.09.2015 tarixində Bakı-Sumqayıt qatarı haqqında paylaşdığım statusla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC dəvət elədilər və həmin gün qatarın getdiyi güzərgahı bütün təfərrüatı ilə göstərdilər və mənə aydın oldu ki, mənim Siyəzən sandığım stansiya əslində Sumqayıt Baş Stansiyası olub. Orada qatarın 15 dəqiqə dayanmağının səbəbini maşinistin yer dəyişməsi üçün keçən müddət olduğunu bildirdilər. Bundan sonra isə qatar Sumqayıt sərnişin stansiyasına gəlib. Buna görə “Azərbaycan Dəmir Yolları” QSC-dən üzr istəyirəm”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












