Qaxda 19 yaşlı şəhidin ailəsinə ev tikilir - VİDEO

“Vətən Müharibəsi”ndə şəhid olan Qax sakini 19 yaşlı Nicat Mənəfovun ailəsinə ev tikilir.
Baku TV xəbər verir ki, bu xeyirxah əməli rayon rəhbərliyi və rayonda fəaliyyət göstərən iş adamları yerinə yetirirlər. Qax rayonunun Qaradolaq kəndində doğulan Nicat Mənəfov sentyabrın 27-də başlayan Vətən müharibəsinin qəhrəman əsgərlərindən biri olub. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan 19 yaşlı qəhrəmanımız indi hər kəsin qürur mənbəyidir. Döyüşlərdə Mənəfovlar ailəsinin iki üzvü, Nicatla bərabər onun qardaşı Azər Mənəfov da iştirak edib.
Azər döyüşlərə könüllü olaraq qatılıb. Qardaşının şəhid olmasından sonra evinə qayıdıb. Şəhidin ailəsinin mənzil şəraiti normal olmadığından rayon rəhbərliyi və rayonda fəaliyyət göstərən bəzi iş adamları və şirkətlərin maddi dəstəyi ilə şəhidin ailəsinə üç otaqlı ev tikilir. Nicatın şəhid olmasından dərhal sonra tikintisinə başlanılan evdə artıq tamamlanma işləri görülür.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












